Login

usercockpit

Dostluq üçün futbol

"Dostluq üçün futbol" beynəlxalq uşaq sosial proqramı "Qazprom – uşaqlar üçün" qlobal sosial proqram çərçivəsində, FİFA və 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi partnyoru "Qazprom" İSC tərəfindən həyata keçirilir.

 "Dostluq üçün futbol" proqramı uşaq futbolunun inkişafına, yeniyetmələr arasında idmanı və sağlam həyat tərzinin geniş yayılmasına, müxtəlif ölkələrdən olan uşaqlarda tolerantlıq hisslərinin tərbiyəsinə və dostluq münasibətlərinin irəliləməsinə yönəldilmişdir. Proqramın əsas dəyərləri - dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir. Proqram aparıcı qlobal və milli KİV-dən, ictimai təşkilatlardan, məşhur artistlərdən və futbol ulduzlarından ildən ilə artan dəstək alır. Dünyada 400 000-dən çox insan proqramın tərəfdarı kimi çıxış edirlər.

Proqramın əsas tədbiri "Dostluq üçün futbol" beynəlxalq uşaq forumudur ki, burada dünyanın müxtəlif ölkələrindən 12 yaşlı istedadlı futbol oyunçuları toplanırlar. Futbol oynaya bilən məhdud imkanlara malik olan uşaqlar da daxil olmaqla, oğlanlar və qızlar proqramın reallaşdırılması çərçivəsində əsas ümumbəşər dəyərləri fəal irəli çəkir. "Dostluq üçün futbol" proqramı dəyərlərinin dünyada effektiv irəliləyişi formatları üzrə gənc ambassadorların təlimi üçün qlobal meydança kimi fəal inkişaf edir.

2017-ci ildə proqramda Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 64 ölkəsindən, o cümlədən Azərbaycan, Əlcəzair, Argentina, Ermənistan, Banqladeş, Belarus, Belçika, Bolqarıstan, Boliviya, Braziliya, Böyük Britaniya, Macarıstan, Venesuela, Vyetnam, Qana, Almaniya, Yunanıstan, Danimarka, Misir, Hindistan, İraq, İran, İslandiya, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Çin, Koreya, Latviya, Liviya, Litva, Makedoniya, Meksika, Mozambik, Hollandiya, Norveç, Pakistan, Polşa, Portuqal, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Suriya, ABŞ, Tacikistan, Tanzaniya, Tayvan, Türkmənistan, Türkiyə, Ukrayna, Uruqvay, Özbəkistan, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə, Estoniya, Yaponiya, CAR-dan gənc futbolçular iştirak edirlər.

16 mart tarixində proqramın rəsmi startına həsr olunmuş Açıq püşkatma nəticəsində 64 gənc futbolçu 8 beynəlxalq qarışıq Dostluq Yığmasında birləşirlər. Açıq püşkatma mərasimindən sonra 64 ölkədə "Dostluq estafeti" başlayır ki, bunun çərçivəsində milli səviyyədə gənc ambassadorlar seçilir.

Beşinci (yubiley) "Dostluq üçün futbol" beynəlxalq uşaq forumu Sankt-Peterburqda 2017-ci il 26 iyundan 3 iyula qədər keçiriləcək. Forum qonaqları "Dostluq üçün futbol" 2017 Beynəlxalq çempionatda iştirak edəcək, birinci yer uğrunda 8 Dostluq Yığmasında mübarizə aparacaq.

Forumun bütün tədbirləri KİV-də geniş işıqlandırılır. Hər il Foruma iştirakçı ölkələrin aparıcı nəşrlərinin peşəkar jurnalistləri, həmçinin öz ölkələrindən gənc ambassadorları müşayiət edən gənc jurnalistlər gəlirlər. Proqram çərçivəsində, proqramın bütün tədbirlərinin lokal və qlobal səviyyələrdə işıqlandırılması vəzifəsini daşıyan beynəlxalq uşaq mətbuat mərkəzi gənc jurnalistlər üçün təşkil ediləcəkdir.

Forum bütün iştirakçıların FİFA 2017 Konfederasiyalar kubok finalında iştirakı ilə işini başa vuracaq.

2014-cü ildən bəri hər il aprel ayının 25-də "Dostluq üçün futbol" proqramı çərçivəsində Beynəlxalq futbol və dostluq günü qeyd edilir. O gün proqramda iştirak edən bütün ölkələr proqramın rəsmi simvolu, tolerantlıq, bərabərlik və sağlam həyat tərzi əlaməti sayılan dostluq qolbaqlarını bir biri ilə dəyişməsindən başlayan dostluq matçları keçirir. Beynəlxalq futbol və dostluq gününü məşhur idmançılar, mədəniyyət xadimləri, jurnalistlər və hakimiyyət nümayəndələri dəstəkləyirlər.

Forum çərçivəsində xüsusi mükafat - "Doqquz dəyər" Kuboku verilir. Cəmiyyətin rifahı naminə həyata keçirilən xeyriyyəçilik, sosial təşəbbüslər və başqa layihələr vasitəsi ilə "Dostluq üçün futbol" proqramının doqquz dəyərinə ən böyük sədaqət göstərən peşəkar futbol klublarından biri kubok ilə təltif olunur. "Doqquz dəyər" Kubokunun unikallığı ondan ibarətdir ki, qalibi "Dostluq üçün futbol" proqramının iştirakçıları olan uşaqlar müəyyən edirlər.

 

Proqramın tarixi

İlk Forum 25 may 2013-cü ildə Londonda keçirilmiş, Avropanın 8 səkkiz ölkəsindən (Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Rusiya, Serbiya və Sloveniya) gənc idmançıları toplamışdı. Forum iştirakçıları açıq məktub hazırlamış, orada proqramın əsas dəyərlərini, dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə və ənənələri bəyan etmişdirlər. Ölkələrin nümayəndələri və proqramın qlobal səfiri Frans Bekkenbauer tərəfindən imzalanmış məktub beynəlxalq idman təşkilatlarının rəhbərlərinə göndərilmişdir.

 İkinci Forum 16 ölkədən olan gənc futbolçuları birləşdirərək coğrafiyasını iki dəfə artırmışdı: Belarus, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Hollandiya, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna, Fransa və Xorvatiya. Forum 2014-cü il mayın 23-dən 25-dək Lissabonda keçirilmiş, "Dostluq üçün futbol" beynəlxalq hərəkat liderinin seçilməsi ilə işini başa vurmuşdur. Foruma dəvət edilmiş bütün idmançıların iştirak etdiyi səsvermənin nəticələrinə görə, Portuqaliyadan Filip Suares hərəkatın lideri və yaxın ildə proqramın əsas dəyərlərinin bələdçisi seçilmişdir.

Forum çərçivəsində həmçinin ilk dəfə küçə futbolu üzrə Beynəlxalq yarış keçirilmişdi. Yarışın qalibi Portuqaliyanın "Benfika" komandası, ikinci yeri Serbiyanın "Srvena zvezda", üçüncü yeri isə Rusiyanın yığma komandası tutmuşdur.

"Dostluq üçün futbol" üçüncü Beynəlxalq uşaq forumu Berlində 2015-ci il iyunun 4-dən 7-dək keçirilmiş, Avropadan və Asiyadan 24 ölkə nümayəndələrini salamlamışdır: Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Hollandiya, Polşa, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Fransa, Xorvatiya, Çexiya, İsveçrə, Yaponiya. Asiya ölkələrindən iştirakçılar proqrama doqquzuncu əsas dəyəri - şərəfi əlavə etmişdir. 

Berlində keçirilən Forumda ilk dəfə olaraq xüsusi mükafat– "Doqquz dəyər" Kuboku təqdim edilmişdir. Qalib "Barselona" FK olmuşdur. "Barselona" FK üçün səs vermiş uşaqlar klubun gənc futbolun inkişafına görə dəstək və təşəbbüslərini yüksək qiymətləndirmiş, həmçinin "Barselona" FK-nin inkişaf edən ölkələrdən gənc futbolçulara köməyini qeyd etmişdirlər.

Dördüncü "Dostluq üçün futbol" beynəlxalq uşaq forumu 2016-cı il mayın 26-dan 29-dək keçirilmişdir. Forum qonaqları 32 iştirakçı ölkədən komandalar arasında küçə futbolu üzrə Beynəlxalq yarışda iştirak etmişdirlər, həmçinin başqa ölkələrdən olan yaşıdları ilə və proqramın qlobal səfiri Frans Bekkenbauera daxil olmaqla dünya futbolu ulduzları ilə ünsiyyatdə olmaq imkanı əldə etmişdirlər. "Doqquz dəyər" forumu çərçivəsində Kubok ilə "Bavariya" FK təltif edilmişdir. Həmçinin 2016-cı ildə "Dostluq üçün futbol" proqramının Dördüncü mövsümü çərçivəsində Suriyanı təmsil etmiş "AL-VAXDA" komandası "Doqquz dəyər" Kubokunun sahibi olnuşdur. Kubokun təqdim edilməsi mərasimi Suriyanın Dəməşq şəhərində "Müharibəsiz üç gün" adlı sənədli filmin ictimai premyerası çərçivəsində keçirilmişdir. "AL-VAXDA" klubunun futbolçuları "Dostluq üçün futbol" proqramının dəyərlərinə sadiq olmalarınaə və qələbəyə iradə göstərmələrinə görə mükafat almışdırlar.

GLOBAL MEDIA PARTNER

GENERAL MEDIA PARTNER

SPECIAL LANGUAGE PARTNER

LOCAL MEDIA PARTNER

This website uses cookies to enhance usage, for web analysis, advertising purposes and to integrate social media. You hereby give consent for this website or third-party suppliers to place cookies on your device. For more information please see our privacy policy