Login

usercockpit

Dostluq qolbağı

Dostluq qolbağı, "Dostluq üçün futbol" layihəsinin rəsmi simvolu kimi, tolerantlığın, bərabərliyin və sağlam həyat tərzinin simvoludur. Qolbaq 2014-cü ildə təsis edilmişdir və göy və yaşıl rəngdə iki sadə sapdan ibarətdir.

Göy rəng hər kəs üçün yeganə olan doğma, aydın, sakit buludsuz səmanı simvolizə edir. Yaşıl rəng, dünyanın istənilən ölkəsində, yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq dəyişməz və hamıya əlçatan olan futbol meydanının rəngidir.

"Dostluq üçün futbol" layihəsinin iştirakçıları dostluq futbol matçlarının və başqa tədbirlərin başlanmasından əvvəl dostluq Qolbaqlarını bir- birinə verirlər. Dostluq Qolbağının bağlanması iştirakçıların dost olmağa və layihənin əsas dəyərlərini, müxtəlif ölkələrin nümayəndələri arasında tolerantlığı və dostluğu dəstəkləməyə hazır olmalarını simvolizə edir.

Iştirakçı uşaqlar "Dostluq üçün futbol" hərəkatının səfirləri qismində həmçinin, dostluq Qolbaqlarını məşhur mədəniyyət və idman xadimlərinə, jurnalistlərə və hakimiyyət nümayəndələrinə hədiyyə edirlər. Beləliklə, dostluq Qolbağı layihənin dəyərlərinin irəliləməsinə və "Dostluq üçün futbol" hərəkatının yeni tərəfdarlarının cəlb edilməsinə imkan yaradır.

GLOBAL MEDIA PARTNER

GENERAL MEDIA PARTNER

SPECIAL LANGUAGE PARTNER

LOCAL MEDIA PARTNER

This website uses cookies to enhance usage, for web analysis, advertising purposes and to integrate social media. You hereby give consent for this website or third-party suppliers to place cookies on your device. For more information please see our privacy policy