Login

usercockpit

Əsas insan dəyərlərinə sadiqlik bütün dünyada on minlərlə insanı birləşdirdi

25.04.2017. Bu gün Avropa, Asiya, Afrika, Şimali və Cənubu Amerikada Ümumdünya futbol və dostluq gününə həsr edilmiş sülh, dostluq, bərabərlik və sağlam həyat tərzini təbliğ edən tədbirlər başladı. On minlərlə uşaqlar və böyüklər dostluq matçlarında, açıq məşqlərdə, fleşmoblarda, telemarafonlarda və idman bayramlarında iştirak edirlər. Bütün dünyada məşhur futbolçular, məşqçilər, televiziya aparıcıları və artistlər iştirakçıları dəstəkləyirlər.

 İlk dəfə Futbol və dostluq günü 2014-cü ildə FİFA və UEFA-nın dəstəyi ilə keçirilən "Qazprom" İSC-nin "Dostluq üçün futbol" Beynəlxalq uşaq sosial proqramının gənc səfirləri tərəfindən elan edilib. Bu gün, bərabərlik, başqa mədəniyyətlərə hörmət və sülh içində yaşama kimi ümumbəşəri dəyərləri paylaşan hər kəs, qoluna göy-yaşıl rəngli dostluq qolbağını bağlayır. Qolbağın göy sapı sakit səmanı, yaşıl rəng isə hər kəsə əlçatan olan futbol meydanını simvolizə edir. 

Bu il dostluq qolbaqlarını Argentinada aparıcı TV prodüser Hyuqo Tinelli, Çində informasiya agentliyinin baş redaktoru Ksyu Li, Yunanıstandan Olimpiya Oyunlarının üçqat qalibi Dimos Piros, Serbiyadan məşhur məşqçi Miodraq Bojeviç, Niderlanddan FİFA-nın yüksək kateqoriyalı hakimi Kevin Blum taxmağa başladırlar.

Tədbirlərdə məşhur futbolçular, həmçinin serb müdafiəçisi Branislav İvan və Zenit (Sankt-Peterburq, Rusiya) futbol klubundan Rusiya qapıçısı Yuri Lodıqin, Feyenoord (Rotterdam, Niderland) futbol klubundan holland hücumçusu Dirk Kuyt iştirak etdilər. Afinada 2004-cü ildə ölkənin milli yığmasının tərkibində futbol üzrə Avropa çempionatının qalibi, Yunanıstandan Avropa Parlamentinin həqiqi üzvü Teodoras Zaqarakis tədbirin qonağı oldu.

 

"Bu gün bütün dünyada insanların bir-birinə bərabərlik və hörmət prinsiplərinə öz sadiqliyini göstərmək və sübut etmək lazım olduğu məqam çox əhəmiyyətlidir. "Dostluq üçün futbol" bu imkanı verir və gənc nəsil vasitəsilə insanlara yaşından, cinsindən və fiziki imkanlarından asılı olmayaraq sülh və dostluğu öyrədir. Çox şadam ki, Pakistanın Futbol Federasiyası proqrama lokal operator kimi dəvət edilib. Mən ümid edirəm ki, nə vaxtsa biz öz ölkəmizdə finalı keçirə və bütün dünyadan uşaqları Pakistana dəvət edə biləcəyik" – deyə Xan Faxad, Pakistanın Futbol Federasiyası öz emosiyalarını bölüşdü.

 Məlumat

Ümumdünya Futbol və dostluq günü dünyanın 60-dan çox ölkəsində, həmçinin Rusiyada, ABŞ-da, Braziliyada, Hindistanda, Çində, Almaniyada, Fransada, Əlcəzairdə, Suriyada, İraqda, Yaponiyada və başqa ölkələrdə qeyd edilir. Bu bayram günü ərzində 400 mindən çox insan bayram tədbirlərinə cəlb edilib. Müxtəlif illərdə Ümumdünya futbol və dostluq gününü yüzlərlə futbolçu dəstəkləyib: dünya futbolunun əfsanəsi Frans Bekkenbauer (Almaniya), Afrika qitəsi tarixində ən güclü hücumçulardan biri Didye Droqba (Kot-dİvuar), Madrid Realının məşhur müdafiəçisi Miçel Solqado (İspaniya), London Arsenalının eks-futbolçusu Andrey Arşavin (Rusiya), milli yığmanın keçmiş kapitanı Vitor Baya (Portuqaliya) və futbol dünyasından başqa ulduzlar.

Uşaqlar üçün Beynəlxalq sosial "Dostluq üçün futbol" proqramı "Qazprom" İSC tərəfindən 2013-cü ildən həyata keçirilir. Layihə müxtəlif milliyyətli, müxtəlif cinsli, müxtəlif fiziki imkanlara malik uşaqları birləşdirir. Dostluq, sülh və bərabərlik - "Dostluq üçün Futbol" iştirakçılarının irəli çəkdikləri əsas dəyərlərdir. Layihənin məqsədi — uşaq futbolunun inkişafı, müxtəlif ölkələrdən olan uşaqlarda müxtəlif mədəniyyətlərə və milliyyətlərə münasibətdə tolerantlığın və ehtiramın tərbiyə edilməsidir. İştirakçıların dəstəklədikləri və irəli çəkdikləri əsas dəyərlər — dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sadiqlik, qələbə, ənənələr və şərəfdir .

Geri

GLOBAL MEDIA PARTNER

GENERAL MEDIA PARTNER

SPECIAL LANGUAGE PARTNER

LOCAL MEDIA PARTNER

This website uses cookies to enhance usage, for web analysis, advertising purposes and to integrate social media. You hereby give consent for this website or third-party suppliers to place cookies on your device. For more information please see our privacy policy