Login

usercockpit

Sankt-Peterburqdadünyanın 64 ölkəsindən gənc futbolçuların iştirakıyla Beşinci "Dostluq üçün Futbol" Beynəlxalq uşaq forumu keçirildi

03.07.2017. Sankt-Peterburq. Sankt-Peterburqda FIFA və futbol üzrə 2018-ci il Dünya çempionatının rəsmi partnyoru "Qazprom" İSC-nin sosial təşəbbüsü çərçivəsində "Dostluq üçün futbol" Beynəlxalq uşaq forumu keçirildi. Tədbirdə dünyanın 64 ölkəsindən 1000-dən çox qonaq— gənc futbolçular (həmçinin əlilliyi olan qızlar və qonaqlar), aparıcı beynəlxalq KİV-nin jurnalistləri, futbol ulduzları, Olimpiya və Paralimpiya oyunları çempionları, FIFA əfsanələri, FIFA rəhbərləri, Rusiya Olimpiya Komitəsi və beynəlxalq uşaq xeyriyyəçilik fondlarının rəhbərləri, futbol federasiyalarının rəhbərləri iştirak etdilər. Proqramın ən əhəmiyyətli dəyərləri sülh, bərabərlik və sağlam həyat tərzidir.

 "Dostluq üçün futbol" proqramının beşinci mövsümü Avropa, Asiya, Afrika, Cənubi və Şimali Amerika nümayəndələrini birləşdirərək, yeni formatda keçirildi. Mövsümün başlanğıcında püşk atmanın nəticələrinə görə gənc səfirlər səkkiz Beynəlxalq dostluq yığmasında birləşdilər. Komandalar Sankt-Peterburqda mövsümün final tədbirləri çərçivəsində dostluq üçün futbol üzrə Beynəlxalq çempionatda görüşdülər.

Dostluq Estafetinə - bütün iştirakçı ölkələrdə gənc futbolçular və gənc jurnalistlərin milli seçim mərhələlərinə ilk dəfə 2017-ci ildə start verildi. Nəticələr və iştirakçıların adları 25 apreldə Beynəlxalq futbol və dostluq günündə elan edildi ki, bu zaman proqramın iştirakçılarına ənənə üzrə yüz minlərlə uşaq və böyüklər qoşuldular və bayram çərçivəsində onlar bir-birinin qoluna proqramın rəsmi simvolu olan dostluq Qolbağını bağladılar.

Beşinci mövsüm ərzində "Dostluq üçün futbol" proqramının Beynəlxalq uşaq mətbuat mərkəzi fəaliyyət göstərirdi, gənc jurnalistlər öz ölkələrində proqramın hadisələrini işıqlandırırdılar — aparıcı beynəlxalq idman KİV-i üçün xəbərlər və materiallar hazırlayırdılar, beynəlxalq "Dostluq üçün futbol" TV-kanalı üçün materialların, gündəlik uşaq qəzeti, proqramın rəsmi radio-kanalının və uşaq internet-resurslarının yaradılmasında iştirak edirdilər. Materiallar 43 dildə hazırlanırdı. "Dostluq üçün futbol" Beynəlxalq uşaq sosial proqramının final tədbirləri bütün dünyadan 2 mindən çox jurnalist tərəfindən işıqlandırılırdı.

Çempionata və Foruma hazırlıq çərçivəsində, bütün dünyadan uşaqlar və böyüklər Sankt-Peterburqda üçgünlük idman-tədris yığımlarında iştirak etdilər. Onlar üçün gənc məşqçilərin rəhbərliyi altında futbol məşqləri, dünya futbolunun ulduzlarının ustad dərsləri, doqquz dəyər Məktəbinin oyun məşğuliyyətləri, Rusiyanın Olimpiya Komitəsinin rəhbərlərinin və səfirlərinin çıxışıyla Olimpiya dərsləri keçirilib.

Ənənə üzrə "Dostluq üçün futbol" proqramının final tədbirlərinin bütün gənc iştirakçıları futbol matçını izləyirlər. Dünən gənclər onlar yeni Sankt-Peterburq stadionunda keçirilmiş FIFA Konfederasiyalar kuboku finalında Çili və Almaniya yığmalarını dəstəklədilər.

"Biz gənc futbolçuların əsas hərəkətedici şəxs kimi çıxış etdikləri layihəni yaratdıq. Bir çox idmançı, jurnalist və ictimai təşkilat bizim ideyamızı dəstəklədi. Bu il "Dostluq üçün futbol"da ölkələrin rekord sayı olan - 64 ölkə iştirak edirdi. Bu bütün dünyadan olan uşaqlara bərabərliyə və sülhə sədaqətlərini nümayiş etdirmək və faktiki olaraq gənc dostluq səfirləri kimi çıxış etmək imkanı verdi",— deyə təbrik nitqində "Qazprom" İSC-nin direktorlar şurasının sədri Viktor Zubkov qeyd etdi.

"Biz FIFA və futbol üzrə 2018-ci il Dünya çempionatının rəsmi partnyoru "Qazprom" şirkətinin unikal təşəbbüsünü dəstəkləməyə şadıq. Forum futbolun qızlar və oğlanlara necə bərabər imkanlar verdiyinə gözəl nümunədir və FİFA-nın missiyası belə təşəbbüsü dəstəkləməkdir", — deyə FİFA-nın baş katibi Fatma Samura qeyd etdi.

Məlumat

"Dostluq üçün futbol" beynəlxalq uşaq sosial proqramı "Qazprom" İSC tərəfindən 2013-cü ildən həyata keçirilir.

Layihənin məqsədi — uşaq futbolunun inkişafı, müxtəlif ölkələrdən olan uşaqlarda müxtəlif mədəniyyətlərə və milliyyətlərə münasibətdə tolerantlığın və hörmətin tərbiyə edilməsidir. İştirakçıların dəstəklədikləri və irəli çəkdikləri əsas dəyərlər — dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

Layihənin əsas hadisəsi illik "Dostluq üçün futbol" Beynəlxalq uşaq forumudur ki, burada müxtəlif ölkələrdən gənc futbolçular toplanırlar və KİV nümayəndələri və məşhur fotbolçularla birgə bütün dünyada dəyərlərə riayət olunması məsələlərini müzakirə edirlər.

"Dostluq üçün futbol" layihəsinin xüsusi mükafatı — doqquz dəyər Kubokudur. Bu layihənin dəyərlərini həyata keçirən sosial təşəbbüslərin reallaşdırılmasına görə hər il peşəkar futbol klublarından birinə verilən unikal trofeydir. Qalib layihənin gənc səfirləri tərəfindən "Dostluq üçün futbol" layihəsinin bütün iştirakçı ölkələrində keçirilən səsvermə yolu ilə seçilir.

 Hər il bütün dünyada minlərlə iştirakçı layihəyə qoşulur. Layihənin həyata keçirilməsi ərzində onun coğrafiyası— 2013-cü ildə 8 ölkədən 2017-ci ildə 64 ölkəyə qədər əhəmiyyətli dərəcədə genişləndi. Yüzlərlə gənc futbolçu öz ölkələrində "Dostluq üçün futbol" hərəkatının və onun dəyərlərinin səfirinə çevrilir. "Dostluq üçün futbol" layihəsinin simvolu olan — Dostluq Qolbağını — uşaqlar, böyüklər, məşhur idmançılar və jurnalistlər, artistlər, siyasətçilər və müxtəlif ölkələrin prezidentləri daxil olmaqla bütün dünyada 400 mindən çox insan geyinir.

 2017-ci ildə layihənin iştirakçı ölkələri: Avstriya, Azərbaycan, Əlcəzair, Argentina, Ermənistan, Banqladeş, Belarus, Belçika, Bolqarıstan, Boliviya, Braziliya, Böyük Britaniya, Macarıstan, Venesuela, Vyetnam, Qana, Almaniya, Yunanıstan, Danimarka, Misir, Hindistan, İraq, İran, İslandiya, İspaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan, Çin, Koreya, Latviya, Liviya, Litva, Makedoniya, Meksika, Mozambik, Niderlandlar, Norveç, Pakistan, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Suriya, ABŞ, Tacikistan, Tanzaniya, Türkmənistan, Türkiyə, Ukrayna, Uruqvay, Özbəkistan, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə, Estoniya, CAR, Yaponiya.

 Layihənin beşinci mövsümü yeni formatda keçəcək. Müxtəlif ölkələrin futbol klublarını təmsil etmiş komandaların yerinə gənc futbolçular DostluqYığmaları adlı səkkiz beynəlmiləl yığmada birləşdiriləcək. Səkkiz nəfərdən ibarət komandalar həmçinin, məhdudlaşdırılmış imkanlara malik 12-14 yaşda oğlanlar və qızlardan formalaşdırıldı. "Dostluq üçün futbol" layihəsinin beynəlxalq təşkilat komitəsi milli futbol federasiyaları ilə birgə hər bir ölkədən bir nümayəndə seçdilər.

Geri

GLOBAL MEDIA PARTNER

GENERAL MEDIA PARTNER

SPECIAL LANGUAGE PARTNER

LOCAL MEDIA PARTNER

This website uses cookies to enhance usage, for web analysis, advertising purposes and to integrate social media. You hereby give consent for this website or third-party suppliers to place cookies on your device. For more information please see our privacy policy