Login

usercockpit

"Doqquz dəyər" kuboku

"Doqquz dəyər" kuboku, hər il Beynəlxalq uşaq forumunda peşəkar futbol klublarından birinə verilən "Dostluq üçün futbol" proqramının xüsusi mükafatıdır.

Dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəf "Doqquz dəyər" kuboku ilə "Dostluq üçün futbol" proqramının bütün dəyərlərinə ən böyük sadiqliyin göstərilməsinə görə mükafatlandırırlar.

"Doqquz dəyər" Kubokuna layiq olan Futbol klubu üç mərhələdə seçilir: "Doqquz dəyər" Kubokunun alınması üçün lazımi keyfiyyətlərə malik olan dünyada istənilən futbol klubu üçün beynəlxalq səsvermə, finalçılar siyahısının formalaşması, "Dostluq üçün futbol" proqramının dəyərlərini irəli çəkən gənc səfirlər rolunda çıxış edən "Dostluq üçün futbol" proqramının iştirakçıları tərəfindən qalibin seçilməsi. Proqramın bütün iştirakçıları onların fikirincə yalnız idmanda deyil, həm də sosial təşəbbüslərin reallaşdırılmasında böyük nailiyyətlərə malik olan kluba səs verirlər.

Bu klub yalnız futbol komandası deyil, o, həmçinin gənc futbolçulara nümunədir. Əsasən uşaqlar böyüyəndə oxşamaq istədikləri böyükləri seçirlər. Uşaqların yaxşılıq haqqında təsəvvürünü əks etdirən bu mükafat peşəkar klubları dəstəkləyir və başqa insanlara yönəldilmiş sosial təşəbbüsləri gələcəkdə də həyata keçirməyə ilhamlandırır.

 2015-ci ildə "Doqquz dəyər" Kuboku ilk dəfə "Dostluq üçün futbol" proqramı üçün yeganə nüsxədə məşhur alman heykəltəraşı Akim Ripperqer tərəfindən hazırlanmışdır. 

Kubok unikal incəsənət əsəridir. “Doqquz dəyər” kuboku əllərində futbol topu şəklində yer kürəsini saxlayan gənc futbolçunun fiqurundan ibarətdir ki, o əllərində böyüyən nəslin inandığı və irəli çəkdiyi dəyərlərdən asılı olan gələcəyi simvolizə edir.

 İlk "Doqquz dəyər" Kuboku Üçüncü beynəlxalq uşaq forumu çərçivəsində "Barselona" "Dostluq üçün futbol" futbol klubuna verilmişdir. Kluba səs vermiş uşaqlar klubun uşaq futboluna dəstəyə və onun inkişafına naminə təşəbbüslərini, həmçinin inkişaf edən ölkələrdən gənc futbolçulara köməyi qeyd etdilər. "Dostluq üçün futbol" beynəlxalq uşaq forumunun gənc iştirakçıları "Dostluq üçün futbol" "Barselona" FK-ının Vitse-prezidenti Ramon Ponta mükafat təqdim etdilər.

 2016-cı ildə Akim Ripperqer həmçinin yeganə nüsxədə daha bir "Doqquz dəyər" Kuboku hazırladı ki, o Milanda Dördüncü "Dostluq üçün futbol" beynəlxalq uşaq forumu zamanı “Bavariya” FK-ya təqdim edilmişdir.

Klubun fəxri prezidenti Frans Bekkenbauer mükafatı qəbul etmişdir.

Həmçinin 2016-cı ildə "Dostluq üçün futbol" proqramının Dördüncü mövsümü çərçivəsində Suriyanı təmsil etmiş "AL-VAXDA" komandası "Doqquz dəyər" Kubokunun sahibi olmuşdur. Kubokun təqdim edilməsi mərasimi Suriyanın Dəməşq şəhərində "Müharibəsiz üç gün" adlı sənədli filmin ictimai premyerası çərçivəsində keçmişdir. "AL-VAXDA" klubunun futbolçuları "Dostluq üçün futbol" proqramının dəyərlərinə sədaqətə və qələbəyə iradəyə görə almışdırlar.

2017-ci ildə gənc ambassadorlar "Doqquz dəyər" Kuboku üçün yarışmada üç finalçını seçəcəklər. Qalib 2 iyulda Sankt-Peterburqda Beşinci beynəlxalq uşaq forumunda elan ediləcək.

GLOBAL MEDIA PARTNER

GENERAL MEDIA PARTNER

SPECIAL LANGUAGE PARTNER

LOCAL MEDIA PARTNER

This website uses cookies to enhance usage, for web analysis, advertising purposes and to integrate social media. You hereby give consent for this website or third-party suppliers to place cookies on your device. For more information please see our privacy policy