Login

usercockpit

İştirakçılar "Dostluq üçün futbol" layihəsi haqqında

«"Dostluq üçün Futbol" uşaqlar üçün çox gözəl təşəbbüsdür. Tez-tez insanlar bizim qabiliyyətlərimizi tam qiymətləndirməyirlər, amma biz ciddi məşq edirik və ən yaxşı oyunçu olmağa və öz ölkəmizi layiqli təmsil etməyə çalışırıq. Mən bizi seçdikləri üçün fəxr edirəm və öz ölkələrində ən yaxşı olan yaşıdlarımla görüşü çox gözləyirəm və Əlcəzairə qələbəylə qayıtmağa ümid edirəm».

Lotfi Macer, 14 yaş, Əlcəzair 

Əlcəzair, 2016 


"Belə əhəmiyyətli yarışda "Boka"nı təmsil etmək – istənilən futbolçu üçün şərəfdir. Bu bütün dünyadan yeni dostlarla tanış olmaq üçün unikal təcrübə olacaq”.

Aleksis Qonzales, 14 yaş, Buenos-Ayres, Argentina

Argentina, 2016


"Mən xoşbəxtəm ki, mənim yaşıdlarımla tanış olmaq və onlarla futbol meydanında yarışmaq şansım var. Mən böyüyəndə onlarla milli yığmaların yarışları zamanı görüşəcəyəm və biz "Dostluq üçün futbol" yarışını birlikdə xatırlayacağıq".

Ruben Martirosyan, 14 yaş, Yerevan, Ermənistan

Ermənistan, 2016


"Dostluq üçün futbol" layihəsi - bu əfsanəvi insanlarla tanış olmaq üçün unikal imkandır. Mən layihənin qlobal səfiri kimi bizimlə Forumda olacaq Frans Bekkenbauer kimi futbol ulduzunu görəcəyimdən çox şadam və biz yalnız onu görməyəcəyik, həm də onunla danışa biləcəyik!"

Andrey Potapenko, 14 yaş, Borisov, Belarus

Lissabon, 23 may 2014-cü il


"Uşaqlar üçün səfər çox məhsuldar keçdi: onlar başqa mədəniyyətlərlə tanış oldular və öz gözləri ilə gördülər ki, futbol ilk növbədə oyundur və burada daim qalib gəlmək mütləq deyil. Ən əsası isə meydanda görüşdüyün insanlara qarşı həmişə hörmətlə yanaşmaqdır.

Elin Topuzakov, məşqçi, Sofiya, Bolqarıstan

Lissabon, 24 may 2014-cü il


“Fluminense" FK” idmançıların məşqlərində dünyada ən qabaqcıl metodlardan birindən istifadə edir: təlimə hərtərəfli yanaşma, çünki əmindir ki, insan nə qədər yaxşı olsa, o bir o qədər ən yaxşı oyunçu ola bilər. "Dostluq üçün futbolun" dəyərləri "Fluminense" FK-nin dəyərləriylə uyğun gəlir və bu həm idman üçün, həm də bütün dünyada uşaqlar üçün əhəmiyyətli olan yarışda Braziliyanı təmsil etmək üçün şərəf olacaq".

Tiaqo Maçedo, "Fluminense" FK məşqçisi, Braziliya

Braziliya, 2016


"Mən artıq 10 ildir futbol oynayıram. Mən müdafiəçiyəm, daha dəqiq desək mərkəzi müdafiəçiyəm və mən peşəkar futbolçu olmağı, Yunanıstan yığmasında oynamağı və UEFA çempionlar Liqasında qalib gəlməyi arzu edirəm. Mən bu gün burada olmağa çox xoşbəxtəm. Düşünürəm ki, ən əsası yeni dostlar tapmaqdır, çünki mənim üçün futbol dostluq, qardaşlıq və sağlamlıq deməkdir".

Antonis Oykonomopulos, 15 yaş, Afina, Yunanıstan

London, 25 may 2013-cü il


"Mən özünü əla hiss edirəm, çünki indi mən bilirəm ki, erudisiya və zəhmətsevərlik mükafatlandırılır. Müvəffəqiyyət mənə  ingilis dilində yaxşı yazdığımda  və danışdığımda mənə əlavə əminlik bəxş etdiMən sevincdən göyün yeddinci qatındayam, çünki idmana artan marağın inkişafına öz töhfəmi  verə biləcəyəm. Mən bütün Avropadan yaşıdlarımla tanış olmağa, yeni dostlar qazanmağa və onlarla Forumdan sonra münasibətlər saxlamağa ümid edirəm".

Ana Zebek, 14 yaş, Sepin, Xorvatiya

Lissabon, 23 may 2014-cü il


"Bu unudulmaz istirahət günləri idi. Biz  gözəl şəhərdə,  gözəl insanlarla   gözəl vaxt keçirdik. Bu gözəl şəhərdə mən mənim dostlarım olan maraqlı insanlarlatanış oldum,   biz mənzərəli oyuna baxdıq və müxbir olmaqmənim çox xoşuma gəldi, çünki bu həddindən artıq maraqlıdır. Mən ümid edirəm ki, daha bir neçə dəfə bu hissləri keçirəcəyəm".

Valentin Peyz, 13 yaş, Taverni, Fransa

Lissabon, 24 may 2014-cü il


"Mən bizim klubumuz üçün "Dostluq üçün futbol" sosial uşaq proqramında iştirak etmək və uşaqları proqramın bərabərlik, dostluq, ədalət, sülh kimi əsas dəyərləri ilə tanış etmək imkanına görə "Qazprom" şirkətinə çox təşəkkür edirəm".

Oleq Xolkovskiy, "Dordoy" FK gənclər komandasının məşqçisi, Bişkek, Qırğızıstan

Qırğızıstan, 2016


"Mənim ölkəmdə futbol ənənələri güclüdür. Mən böyüyəndə öz ölkəm üçün beynəlxalq səviyyədə oynamaq istəyirəm. İndi isə mən fəxr edirəm ki, Almaniyanı bu qədər ölkədən uşaqları birləşdirən "Dostluq üçün futbol" Beynəlxalq layihəsində təmsil edirəm".

Robin Fleyk, 13 yaş, Qelzenkirxen, Almaniya

Lissabon, 24 may 2014-cü il


"Müxtəlif ölkələrdən uşaqlarla görüşmək  əla idihəmçinin bizim komandamızdan uşaqlar bir-birilərini daha yaxşı  tanımaq imkanı əldə etdilər. Biz heç  zaman bu günləri unutmayacağıq və mən ümid edirəm ki, növbəti ildə biz"Dostluq üçün futbol!" layihəsinin başqa iştirakçılarıyla futbol oynaya biləcəyik!»

Marsel Kovaç, 12 yaş, Budapeşt, Macarıstan

London, 25 may 2013-cü il


"Bizim ölkəmizdə futbol çox məşhurdur. Bir çox italyan klubları və oyunçuları böyük müvəffəqiyyətlərə nail olub. Və mən düşünürəm ki, bu  milyonlarla insanın bu oyuna  sadiq olmasının nəticəsidir. Mən xoşbəxtəm ki, bu il bizim komandamız "Dostluq üçün futbol" layihəsində iştirak edir və futbolu bizim kimi sevən müxtəlif ölkələrdən olan uşaqlarla görüşmək şansımız var!"

David Palya, 14 yaş, Roma, İtaliya

Lissabon, 24 may 2014-cü il


"Mən düşünürəm ki, idman bacarığı və başqa mədəniyyətlərə və milliyyətlərə hörmət böyük əhəmiyyətə malikdir. Mənim üçün insanın dərisinin rəngi və hansi dinə mənsub olması əhəmiyyətli deyil. Məni "Dostluq üçün futbol" layihəsinin iştirakçısı qismində seçdilər, çünki mən ünsiyyətciləm və başqa insanlara kömək etmək mənim xoşuma gəlir".

Tessa Xrasxaus, 13 yaş, Alkmar, Hollandiya

Lissabon, 24 may 2014-cü il


"Biz çox şadıq ki, bizim komandamız "Qazprom" şirkətinin"Dostluq üçün futbol" Beynəlxalq sosial layihəsində iştirak edə bildi. Bizim uşaqlarımız başqa ölkələrdən yaşıdları ilə görüşmək və öz təcrübələrini onlarla bölüşmək üçün unikal imkan əldə etdilər".

Adam Kuxarçık, məşqçi, Varşava, Polşa

Lissabon, 24 may 2014-cü il


"Yaxşı ki, "Dostluq üçün futbol" Forumu zamanı biz yalnız başqa ölkələrdən olan yaşıdlarımızla ünsiyyət saxlamırıq, həm də əsl yarışda iştirak edirik. Mən şadam ki, 16 ölkədən olan komandalarla futbol meydanında görüşəcəyəm!"

Filip Suares, 13 yaş, Lissabon, Portuqal

Lissabon, 24 may 2014-cü il


"Dostluq üçün futbol" forumu dünyaya baxmaq, UEFA çempionlar Liqasının finalında iştirak etmək və nəhayət əsl peşəkarların oyunundan həzz almaq imkanı verir. Bu çox əladır! Ümumiyyətlə layihə müxtəlif şəhərlərdən və ölkələrdən olan uşaqların dostlaşmasına kömək edir. "Dostluq üçün futbol" mənim həyatımı dəyişdirdi. Mən qərar verdim: mənim üçün futbol – yalnız həvəs deyil, hər şey onun ətrafında qurulur".

Stanislav Kutliyarov, 14 yaş, Yekaterinburq, Rusiya

Lissabon, 24 may, 2014-cü il


"Dostluq üçün futbol" Forumunun iştirakçılarının əksəriyyəti peşəkar futbol oynayırlar. Biz hamımız müvəffəqiyyətli futbol karyerasını arzu edirik və anlayırıq ki, bizim üçün ən əsası sağlamlıqdır!"

Marko Yankoviç, 13 yaş, Belqrad, Serbiya

Lissabon, 24 may 2014-cü il


"Mən sülh kimi əhəmiyyətli dəyərləri təbliğ edən "Dostluq üçün futbol" layihəsinin iştirakçısı olmağa çox şadam. Biz gəncik, lakin biz anlayırıq ki, hamıya və hər kəsə təsir edən amillər var. Və biz başqa ölkələrdən olan, bizim kimi düşünən yaşıdlarımızla görüşü səbirsizliklə gözləyirik!"

Rok Frezer, 13 yaş, Maribor, Sloveniya

Lissabon, 23 may 2014-cü il


"Suriya həmişə həyat, sülh və futbol sevən ölkə olub. Və bizim üçün bu bizim sülh çağırışımızı bu qlobal tədbirin bütün iştirakçılarına futbol vasitəsi ilə çatdırmaq üçün çox gözəl imkandır. Biz ümid edirik ki, tolerantlıq və bir yerdə rahat yaşamanı dəstəkləyən mədəniyyətimizi ləyaqətlə təmsil edə biləcəyik. Bu "Dostluq üçün futbol" proqramına dəvətsiz mümkün olmazdı və bu imkana görə biz son dərəcə minnətdarıq".

Kuteyba Al-Refay, Al-Vada FK-nin mətbuat attaşesi, Dəməşq, Suriya

Suriya, 2016


" Mənim oğlum tam məsuliyyəti anlayaraq, "Qalatasaray" futbol klubunun formasında Türkiyənin bayrağını aparanda qürur hissi məni bürüdü. Biz sizə və mənim oğluma, mənə və bütün ailəmizə belə güclü təəssüratlar almağa kömək edən hər kəsə təşəkkür edirik. Obenin ilk dediyi söz belə oldu: "Ata, bu əla idi!" Biz "Qazpromi" şirkətinə, "Qalatasaray" futbol akademiyasına və gənc futbol komandasının məşqçilərinə keçirdiyimiz bütün emosiyalara görə təşəkkür edirik ".

Dexa Saraçoqlu, Oben Saraçoğlunun (iştirakçı) atası İstambul, Türkiyə

İstambul, 12 iyun 2014-cü il


"Biz "Dostluq üçün futbol" layihəsinin iştirakçısı olmaq, Avropa ölkələrinin əksəriyyətindən bir çox yaşıdlarımızla görüşmək və futbolu bizim kimi sevən və bizə bənzər yeni dostlar qazanmaq imkanına malik olduğumuza görə çox xoşbəxtik!"

Yevgeni Arxipov, 13 yaş, Kiyev, Ukrayna

Lissabon, 24 may 2014-cü il


"Biz futbol oynayırıq və bilirik ki, qələbə - birgə səylərin nəticəsidir. Bütün oyunçular meydanda səy göstərməlidirlər, amma eyni zamanda onlar komandada və komanda üçün oynamalıdırlar. Bu qalib gəlməyin yeganə üsuludur. "Dostluq üçün futbol" məhz bunu təbliğ edir və buna görə də biz buradayıq".

Lui Annesli, 14 yaş, London, Böyük Britaniya

Lissabon, 24 may 2014-cü il


"Mən bizim belə genişmiqyaslı proqramın bir hissəsi olmağımızdan çox həyəcanlıyam. Bizim üçün Vyetnamı təmsil etmək və bütün dünyadan başqa gənc komandalara qoşulmaq şərəfdir Mən və mənim komanda dostlarım qarşıdakı yarışa çox ciddi məşq edirik və ümid edirik ki, Vyetnam gənc futbolunu dünya futboluna yaxınlaşdıracağıq. Biz hamımız ümid edirik ki, yaxın gələcəkdə hamı Vyetnam futbolu haqqında daha çox biləcək və bizim üçün bunun kimi beynəlxalq dostluq matçlarında iştirak etmək imkanı daha çox olacaq".

Nquen Na Min, 13 yaş, Pleyku, Vyetnam

Vyetnam, 2016

 

 

GLOBAL MEDIA PARTNER

GENERAL MEDIA PARTNER

SPECIAL LANGUAGE PARTNER

LOCAL MEDIA PARTNER

This website uses cookies to enhance usage, for web analysis, advertising purposes and to integrate social media. You hereby give consent for this website or third-party suppliers to place cookies on your device. For more information please see our privacy policy